24 Fevral 2022-ci il tarixində Сənubi Qafqaz (CQ) Psixi Sağlamlıq və Psixososial Dəstək (PSPSD) Platformasının onlayn görüşü keçirilmişdir.
CQ PSPSD görüşləri mütəmadi olaraq keçirilir. Görüşlərdə Azərbaycan, Gürcüstan, Ermənistən və digər ölkələrdən Qızıl Xaç və Qızıl Aypara hərəkatının tərkib hissələrinin həmkarları iştirak edir.
24 Fevralda keçirilən görüş 2022-ci ilin ilk CQ PSPSD görüşü oldu. Görüşün fasilitatoru Azərbaycan Qızıl Aypara Cəmiyyətinin psixoloqu Nigar Qədəşova idi.
Bu görüş “Tükənmə” mövzusuna həsr olunmuşdu. İştirakçılar tərəfindən bu mövzuya aid təqdimatlar edilmiş, müzakirələr aparılmışdır.