Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya Əsaslanan Sağlamlıq” proqramının koordinatoru Mətanət Qaraxanova və Cəmiyyətin Regional Mərkəz və yerli bölmələrlə iş şöbəsinin müdiri Qəniyev Nicatın iştirakı ilə 2 nömrəli Bakı Baza Tibb Kollecində Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında və onun yerli komitəsinin yaradılması, sədrin seçilməsi və üzvlük haqqları haqqında geniş seminar təşkil olunmuşdur. Seminarda video çarxlardan və prezentasiyalardan istifadə edilərək iştirakçılara geniş məlumatlar çatdırılmışdır. Sonda 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru Dilarə xanım Məmmədəliyeva və tədbir iştirakçıları öz məmnuniyyətlərini bildirmişlər.