Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Beynəlxalq Federasiyanın Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev-i qəbul etdi. Səfər çərçivəsində Novruz Aslanov cənab Davron Muhammadiyev-i Milli Cəmiyyətdə görməkdən məmnun olduğunu bildirdi. Görüş zamanı, həmçinin, humanitar sahədə aparılan işlərə dair hazırkı işlər və gələcək perspektivlər də müzakirə edildi. Milli Cəmiyyətin prezidenti Novruz Aslanov Davron Muhammadiyev-ə Federasiyanın Milli Cəmiyyətə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi və gələcəkdə də humanitar sahədə hərəkat daxili humanitar fəaliyyətlərin yüksək səviyyədə inkişaf edəcəyini bildirdi.
Davron Muhammadiyev öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək, AzQAC-ın ölkəmizdə humanitar sahədə apardığı işlərdən məmnunluqla danışıb. Mövcud əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.