Hər il AzQAC Suraxanı RB-si “Ramazan” bayramında ehtiyacı olan insanlara yardım göstərir. Bu il də aprel ayının 22-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti olaraq Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) ilə birlikdə rayon ərazisində yaşayan 35 nəfəri sevindirdik. Tənha qocaları, fiziki qüsurluları, aztəminatlı və çox uşaqlı ailələri idarəyə dəvət edib ərzaq yardımları paylanıldı. AzQAC Suraxanı RB sədri Turan xanım Hüseynova Cəmiyyətimizin adından dəvət olunan insanları qarşıdan gələn “Ramazan” bayramı münasibətilə təbrik edib. Bölməyə gəlmək imkanı olmayan yataq xəstələrinin ərzaq yardımı evlərinə çatdırıldı.