Hər il olduğu kimi bu Ramazan bayramı ərəfəsində də bölməmizin ənənəvi donoru, könüllüsü, adının hallanmağını istəməyən xeyirxah şəxs öz bayram payını bölməmizin 31 ehtiyaclı ahılları ilə bölüşdü. 14 adda olan ərzaq paylarını almağa gələn ahıllar həm xeyriyyəçimizə, həm də bölmə əməkdaşlarına öz təşəkkürlərini bildirdilər. Bölməyə gəlmək iqtidarında olmayan ahılların payları bölmə könüllüləri tərəfindən evlərində catdırıldı.