Ramazan bayramı münasibəti ilə Sumqayit şəhərindən secilmiş Millət Vəkillərimiz Hicran Hüseynova, Emin Hacıyev, Müşfiq Məmmədli və Tahir Mirkişilinin müraciətləri əsasında Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsində ehtiyaclı aztəminatlı ailələrə bayram sovqatları paylanılmışdı. Tədbirdə iştirak edən Millət Vəkillərimizin köməkciləri secicilərini bayram münasibəti ilə təbrik edərək,onlara xoş arzularını bildirdilər. AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova qonaqları salamlayaraq, onlara xoş arzularını bildirdi. AzQAC Sumqayıt şəhər bölməsinin və adının hallanmağını istəməyən bir xeyriyyəcinin birgə hazırladıqları bayram sovqatlarını aztəminatlı ailələrə təqdim etdilər.