18 May 2022 tarixində “Cənubi Qafqazda Yerli icmaların Fövqəladə hallar zamanı Sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində İsmayıllı rayonunda 2 saylı tam orta məktəbdə Simulyasiya təlimi təşkil olundu. Təlim Qızıl Aypara Cəmiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta ilə birgə əməkdaşlıq nəticəsində təşkil olunmuşdu.
Məqsəd müxtəlif səhnələr yaratmaqla AzQAC-nin təlim keçmiş işçi və könüllülərini simulyasiya edilmiş situasiyaya yerləşdirmək və real vəziyyətdə onlardan tələb olunan qaydalara uyğun hərəkət etmələrinə imkan yaratmaqdır. Bu kimi təlimlər fövqəladə halların idarə edilməsi sistemini təkmilləşdirməyə və AzQAC işçi və könüllülərə öz rollarını yüksək səviyyədə yerinə yetirməyə və təcrübə qazanmağa kömək edir.
Tədbirdə FHN İsmayıllı RM və yanğınsöndürmənin əməkdaşları, AzQAC Fövqəladə Hallara Hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə, İsmayıllı RM koordinatoru Almirzə Mustafayev, Sumqayıt RM koordinatoru Mətanət Məhərrəmova, Layihə koordinatoru Samirə Həsənli, İsmayıllı, Qax rayon bölmələrinin sədrləri və könüllüləri, Sumqayıt FKMD komandası iştirak edirdilər.
Təlimdə könüllülər fəal olaraq məşğələlərdə iştirak edərək bilik və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirdilər.
Sonda Məktəb direktoru bu kimi təlimlərin məktəb heyətinin hər hansı fövqəladə hallara cavab vermə imkanlarının və bu sahədə bilik və bacarıqlarının artmasına səbəb olduğuna görə təşkilatçılara dərin minnətdarlığını bildirdi.