IMG_2008

AzQAC Azərbaycan dili kursunu bitirmiş miqrantlara sertifikat verilməsi münasibətilə tədbir keçirdi

Miqrasiya  bu gün dünyanı düşündürən və narahat edən ən aktual problemdir. Hər yerdə olduğu kimi Azərbaycanda da miqrasiya  ilə bağlı olan problemlər daimi müasir və diqqətçəkən bir məsələdir. Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də bu yöndə layihə və tədbirlərin həyata keçirilməsini artıq daha geniş spektrdə öz fəaliyyət planına daxil etmişdir. Bu məqsədlə, 2013-cü il oktyabrın 02-də  ölkədə ilk olaraq miqrantlara təmənnasız Azərbaycan dili kursunu açmışdır. Artıq o vaxtdan 9 tədris ili keçib, təhsil almış uşaqlar və gənclər ölkənin orta və ali məktəblərində təhsillərini davam etdirir və münasib işlərdə çalışırlar.

Miqrant-müdavimlər üçün artıq bu gün – 01.07.2022-ci ildə AzQAC-ın Baş ofisində kursun 9-cu buraxılışına həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə müəllimə Sona Hacıyeva açaraq öncə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun salamlarını, xoş arzularını tədbir iştirakçılarına çatdıraraq dedi ki, dünyada hələ də başa çatmamış COVİD-19 pandemiyası ilə bağlı tədbiri kiçik heyətlə keçiririk, heç bir qurumdan, təşkilatdan, mediadan qonaq dəvət edə bilmirik. Sonra sözü Azərbaycan Qızıl Aypara Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadəyə verdi. Qafar müəllim bu kursun onların həyatında çox vacib olduğunu, onların cəmiyyətə inteqrasiyasını asanlaşdırdığını söyləyərək, bu ağır pandemik şəraitdə bu kursun onlar üçün həm də psixo-sosial dəstək olduğunu vurğuladı və onlara gələcək təhsillərində uğurlar arzuladı. Sonra  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov çıxış edərək dedi ki,çətin şəraitə baxmayaraq kursun müəllimi Sona Hacıyeva dərsləri dayandırmayıb, artıq 10-cu aydır ki, həm normal , həm də online dərslər davam etdirilib və bu gün artıq təhsilin başa çatması haqqında şəhadətnamələrin təqdimatına başlanılıb. 9-cu ildir miqrantlar üçün müxtəlif dillərdə kursların və dərnəklərin təşkili miqrantlara çox böyük dəstək olub və onların cəmiyyətə inteqrasiyasını asanlaşdırıb. O, miqrantların bu kursdan razı qaldıqlarını və artıq sərbəst öz fikirlərini ifadə edə bildiklərini önə çəkərək AzQAC– nin rəhbərliyinə, Azərbaycan dili müəllimi  Sona Hacıyevaya təşəkkür etdi. Humanitar şöbə müdiri Əlağa Abbasov, onları təbrik edərək əmin olduğunu bildirdi ki, onlar Azərbaycan həqiqətlərini ölkələrinə və dünyaya  çatdıracaqlar. Fövqəladə Hallar şöbəsinin müdiri  Elşən Səlimzadə çıxış edərək miqrasiya məsələsinin bu gün ən aktual  və önəm kəsb edən məsələ olduğunu vurğulayaraq onlara qayğı və diqqət göstərməyin vacibliyindən, AzQAC– nin azərbaycan dili dərslərinin təşkili təşəbbüsündən söz açaraq miqrantların cəmiyyətə inteqrasiyasına dəstək kimi bu kursun xüsusi əhəmiyyət daşıdığını vurğuladı və müdavimləri kursun başa çatması münasibəti ilə təbrik etdi və bu işdə Qızıl Aypara Cəmiyyətinə, kursun müəlliminə təşəkkür etdi.

Tədbirin aparıcısı əfqan şagird Aqsa Obaid xalqımızın erməni faşizmi üzərində 44 günlük müharibə qələbəsinin qazanılmasında canını fəda etmiş  şəhidlərin ruhuna hörmət əlaməti olaraq 1 dəqiqəlik sükut etməyi xahiş etdi. İştirakçılar və müdavimlər Azərbaycan Respublikası və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin himnlərini oxudular. Ardınca Əfqan, Pakistan və Yəmən dövlət himnləri oxundu.

Sonra 8-ci buraxılış münasibəti ilə hazırlanmış sertifikatlar  Azərbaycan Qızıl Aypara Cəmiyyətin vitse-prezidenti  Qafar Əsgərzadə, miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, humanitar yardım şöbəsinin müdiri Əlağa Abbasov, fövqəladə Hallar şöbəsinin müdiri Elşən Səlimzadə, təchizat şöbəsinin müdiri Renat Vəliyev, yayım şöbəsinin rəhbəri  Nahidə Qədirova, miqrasiya şöbəsinin işçisi Günel Güləliyeva tərəfindən bir-bir müvəffəqiyyət qazanmış müdavimlərə paylandı.

Sonda kursantlar gözəl tərtibatla bədii hissə təqdimatında müxtəlif dillərdə şerlər, səhnəciklər və esselər söylədilər və mahnılar oxudular. Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, müəllimə Sona Hacıyevaya, miqrasiya şöbəsinin müdiri Məmməd Kətanova və onlara müxtəlif seminar və təlimlərlə həmişə maddi və mənəvi dəstək göstərən layihə koordinatoru Mətanət Qaraxanovaya bu işdə göstərdikləri böyük köməyə görə öz təşəkkürlərini bildirdilər və bu kursun davamlı olmasını arzuladılar.

Tədbir İnformasiya  və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Səfərli və tələbələr tərəfindən kollektiv xatirə şəkillərinin çəkilməsi və müdavimlərə şirniyyatlar paylanması ilə başa çatdı.

IMG_1972 IMG_1973 IMG_1974 IMG_1975 IMG_1976 IMG_1977 IMG_1978 IMG_1979 IMG_1980 IMG_1981 IMG_1982 IMG_1983 IMG_1984 IMG_1985 IMG_1986 IMG_1987 IMG_1988 IMG_1989 IMG_1990 IMG_1991 IMG_1992 IMG_1993 IMG_1994 IMG_1995 IMG_1996 IMG_1997 IMG_1998 IMG_1999 IMG_2000 IMG_2001 IMG_2002 IMG_2003 IMG_2005 IMG_2006 IMG_2007 IMG_2008 IMG_2009 IMG_2010

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.