Nizami rayonunda yerləşən 1 saylı uşaq evində tədbir keçirildi. Burada uşaqlar 5-18 yaş arasındadırlar. Bu məktəbli uşaqlar daimi olaraq bu uşaq evində yaşamaqla, qida, geyim və lazımi tibbi və reabilitasiya xidməti ilə təmin olunurlar. Uşaq evində hazırda 160 nəfər uşaq yaşayır.
01.07.2022 il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türk Kızılayı tərəfindən Bakı şəhəri Nizami rayonununda yerləşən 1 saylı uşaq evində “Mənim sevimli oyuncağım və paltarım” adlı tədbir keçirilmişdir. Uşaqlar arasında sorğu aparılmış, sorğuya əsasən uşaqlara istədikləri oyuncaq və paltarlar alınaraq hədiyyə edilmişdir.
Tədbirdə AzQAC-nin icraçı katibinin müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Gənclər komitəsinin sədri Türkanə Atakişiyeva, Bakı şəhəri üzrə regional koordinator Rəna İbrahimova, Nizami rayonu AzQAC-nin RB sədri Afaq İbrahimova, Türk Kızılayın Azərbaycandakı nümayəndəsi Semih Paslı və könüllülər də iştirak etmişlər.