Bu gün dünyanı narahat edən ən gərgin problemlərdən biri də Miqrasiya və miqrantlardır. Azərbaycanda da miqrasiya ilə bağlı olan problemlər daimi gündəmdədir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölkədə yaşayan xarici məcburi köçkün və əmək miqrantlarının ehtiyaclarını, onların yaşayış imkanlarını qiymətləndirmək məqsədilə mütəmadi olaraq onlarla görüşüb sorğular aparılması bir ən-ənə halını almışdır. Cəmiyyət tərəfindən təmənnasız olaraq təşkil olunmuş Azərbaycan dili kursunun miqrant müdavimləri bu fəaliyyətin əsas hədəf obyektidirlər.
AzQAC Bakı ofisi miqrasiya şöbəsi Azərbaycan dili müəllimi yerlərdə bu münasibətilə görüşlər keçirir, uşaqlar üçün maraqlı tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri Miqrasiya şöbəsinin əməkdaşı, migrantlara Azərbaycan dili müəllimi Sona Hacıyevanın ehtiyacı olan, 6 nəfərlik (5-i uşaq) bir əfqan ailəsi ilə evində planlaşdırdıqları növbəti görüş oldu. Ərzaq bağlaması ilə Obaidlər ailəsini sevindirən müəllimə və ayparanın məktəbli könllüsü, 164 saylı məktəbin 8-ci sinif şagirdi Ziya Nəsibli öz gəlişləri,söhbətləri və məsləhətləri ilə onların sıxıntılarına, problemlərinə azacıq da olsa dəstək olmağa və onların arzu və istəklərini öyrənməyə çalışdılar.