Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən ilə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası (ÖƏK) fəaliyyət göstərir. ÖƏK fəaliyyətləri çərçivəsində Vərəm və İİV/QİÇS üzrə işçi qruplar yaradılıb, ki mütəmadi olaraq Azərbaycanda QİÇS, vərəm və malyariya ilə mübarizə sahəsində yerli və beynəlxalq dövlət və QHT təşkilatların fəaliyyətləri barədə geniş şəkildə təqdim edilərək, müzakirə və əlaqələndirilir. AzQAC ÖƏK tərəfindən yaradılan və fəaliyyəti daim dəstəklənən, Azərbaycan Vərəm əlehinə QHT Koalisiyanın üzvüdür. Koalisiyada AzQAC-in Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva və “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova Cəmiyyəti təmsil edirlər. Belə ki, 29 iyul tarixində Koalisiyasının rüblük iclası keçirilmişdir. Görüşün məqsədi cari ilin aprel-iyun ayları ərzində Koalisiya tərəfindən görülmüş işlər/tədbirlər, qarşıdakı hədəflər və planlar barədə müzakirənin aparılması, təqdimatların edilməsidir. Adı çəkilən görüş Park İnn oteldə təşkil olunmuşdur. Koalisiyanın üzv təşkilatları qeyd olunan müddət ərzində gördüyü işlər barədə qısa təqdimatla çıxış etmişlər. Görüşdə iştirak edən M.Qaraxanova AzQAC-n aprel-iyun ayları müddətində sağlamlıqla bağlı fəaliyyətlər barədə təqdimatla çıxış etmişdi. Koalisiyanın gələcəkdə planlaşdırılan tədbirlər barədə təkliflər səsləndirildi və fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparıldı.