Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Aparat rəhbəri Seymur Hümbətov Milli Cəmiyyətin tərəfdaşı kimi mütəmadi olaraq humanitar missiyasının həyata keçirilməsində yaxından iştirak edən, Milli Cəmiyyətin qeydiyyatında olan ehtiyaclı insanlara humanitar yardımda bulunan endokrinoloq Dr.Sadiq Bəbirovla görüşdü. Görüşdə Aparatın rəhbəri Seymur Hümbətov Milli məclisin deputatı, AzQAC-ın prezidenti cənab Novruz Aslanovun salamlarını çatdırdı və Milli Cəmiyyətin tərəfdaşı kimi Dr.Sadiq Bəbirova cənab Novruz Aslanovun imzasıyla olan təşəkkürnaməni təqdim etdi. Dr.Sadiq Bəbirov öz növbəsində diqqətinə görə cənab Novruz Aslanova təşəkkürlərini bildirdi və bildirdi ki, bundan sonra da ölkəmizdə yeganə 102 illik böyük humanitar təşkilatımız olan AzQAC ilə humanitar sahədə əməkdaşlığı davam etdirəcək. Sonda xatirə şəkli çəkildi.