24 avqust 2022-ci il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının İcma ilə əlaqələr və hesabatlılıq üzrə departamentinin Cənubi Qafqaz üzrə nümayəndəsi Eva Erlach AzQAC Sumqayıt şəhər bölməsinin qonağı oldu. Eva Erlach-ı İcma ilə əlaqələr və hesabatlılıq üzrə məsul şəxs Kamila Rüstəmova və rəqəmsal kommunikasiya üzrə mütəxəssis Vüsal Səfərli müşayət edirdilər. Əvvəlcə qonaqları bölmə sədri Mətanət Məhərrəmova salamlayaraq, bölmənin fəaliyyətləri haqqında hazırlanmış foto-slayd əsasında görülən işlərlə tanış etdi. Sonra nümayəndə heyyəti İcma sakinləri ilə görüş üçün avtomobil məktəbinin yataqxanasında məskunlaşan icma üzvləri ilə görüşdülər. Müzakirə şəraitində keçən görüşdə icma üzvləri ilə bölmənin gördüyü işlərdən, aparılan maarifləndirici seminarlardan bəhs olundu. Daha hansı mövzuların keçirilməsini istəmələri barədə icma üzvləri ilə müzakirələr aparıldı. Günün 2-ci yarısı bölmə təlimatcısı Lalə Cəlilzadə İcmalarla görülən işlərin hesabatını hazırlanmış foto-slayd əsasında təqdim etdi və qonaqları maraqlandıran sualları cavablandırdı. Sonra İcma ilə əlaqələr və hesabatlılıq üzrə məsul şəxs Kamilla Rüstəmova bölmə könüllülərinə Güvən və İnam mövzusunda iki saatlıq seminar keçirdi. Seminarın əsas məqsədi icmalarda mövzu ilə bağlı yeni sorğunun keçirilməsi idi. Sorğular əsasında könüllülərlə praktiki məşğələ keçirildi. Görüşün sonunda xatirə şəkilləri çəkildi.