2-ci günün açılışını AzQAC Lənkəran rayon bölməsinin kordinatoru Zəfər Miriyev etdi. Daha sonra Kimmo Yuvas iştirakçılardan dünən danışılanlar, müzakirə edilən mövzular barədə suallar soruşdu.
Daha sonra İcma ilə İş və Hesabatlılıq üzrə əməkdaş Kamilla Rüstəmova bu sahənin nə üçün vacib olduğu ilə bağlı təqdimat etdi. İcmanın nə olduğunu və onlarla necə işləmək lazım olduğunu qarşılıqlı müzakirələr formasında izah etdi.
Kamilla Rüstəmova daha sonra İcma ilə ünsiyyət barədə təqdimatına davam etdi. Ünsiyyət zamanı nəzərə alınmalı məqamları, ünsiyyət bacarıqlarını və istifadə ediləcək kanalları qeyd etdi. İcma ilə İş və Hesabatlılıq təqdimatı icma ilə İş və onların iştirakı barədə müzakirələrlə davam etdi. Bu sahə üzrə sonuncu təqdimat formasında isə Kamilla Rüstəmova icmanın rəy sistemi barədə danışdı. O icmalardan necə, hansı formada rəylərin alınmasından, bu mexanizmanın qurulmasından söhbət açdı.
Tədbir bölmənin inkişafına dair göstəricilər mövzusu ilə davam etdi. AzQAC Gənclər və Könüllülər şöbəsinin müdiri / icraçı katibin müavini Xalid İsgəndərova və BQXQACF-nın nümayəndəsi Kimmo Yuvas bölmələrlə birlikdə məşğələ həyata keçirdilər. Bölmələr qruplar şəklində öz bölmələrinin işlərindən, zəif və güclü tərəflərindən, işləri ölçməkdən müzakirələr etdilər.
Daha sonra Kimmo Yuvas planlaşdırma, monitorinq və qiymətləndirməyə dair qısa məlumat verdi. Bölmələrlə qarşılıqlı müzakirə fonunda fəaliyyətlərin planlaşdırılmasından, monitorinqindən, qiymətləndirilməsindən və resursların necə cəlb olunmasından bəhs edildi.