Şəhərdən dağlara. “Məktəbə Qayıdış” layihəsi çərçivəsində İsmayıllı səfərimizin yol hekayəsini sizinlə bölüşürük.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) “Kontakt” mağazalar şəbəkəsinin dəstəyi ilə yeni tədris ilinin başlaması ərəfəsinə təsadüf edən “məktəbə qayıdış” adlı xeyriyyə aksiyası həyata keçirmişdir. Xeyriyyə aksiyası ucqar dağ kəndlərində yaşayan məktəblilərin çanta və digər məktəb ləvazimatları ilə təmin edilməsindən ibarət idi. Aksiya “Kontakt” mağazalar şəbəkəsinin ad gününə həsr olunmuşdur. İsmayıllı rayonunun Sulut, Əhən, Zərnava, Cülyan, Sərdahar və Müdri kimi ucqar dağ kəndlərində keçirilən “Məktəbə qayıdış” adlı xeyriyyə aksiyası 107 nəfərdən ibarət olan 1-6 sinif şaqirdlərini əhatə etmişdir. Məktəblilər çanta, penal, qələm, dəftər və şagirdlərin sinfinə uyğun olaraq digər tələb olunan məktəb ləvazimatları kimi 1 illik tədarük ilə təmin olunmuşdur. Paylanışda AzQAC əməkdaşları və könülləri ilə yanaşı, “Kontakt” mağazalar şəbəkəsinin nümayəndəsi də iştirak etmişdir.