a3ac0a64-d227-4e20-ab0d-6a9b8c6c903f

Fövqəladə Mobil Könüllü Dəstələr (FMKD) tərəfindən İlk Yardım Postları həyata keçirildi

Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD üzvləri Mobil İlk Yardım Postlarının təşkilini davam etdirir. İlk Yardım Postları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölmələri tərəfindən ən azı ayda bir dəfə ictimaiyyətin toplaşdığı yerlərdə təşkil edilir. Bu tədbirinin əsas məqsədi FMKD könüllülərini ictimaiyyətə təqdim etmək və AzQAC bölmələri tərəfindən təqdim olunan İlk Yardım xidmətlərinin mövcudluğunu nümayiş etdirməkdir. Tədbir zamanı könüllülər iştirakçılara ilk yardımın əsasları,  huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzusu ətrafında geniş məlumat verir və praktiki məşğələlər nümayiş etdirirlər. Tədbirdə  ilk yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC rayon bölməsinin fəaliyyətləri haqqında qısa məlumat verilir.

Belə ki, sentyabr ayında AzQAC-ın Sumqayıt, Tərtər, Ağdam, Füzuli, Qazax, Cəbrayıl və Bərdə bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvləri tərəfindən 11 məktəbdə Mobil İlk Yardım Postu tədbiri təşkil edildi. Belə müntəzəm tədbirlərin təşkili həm də FMKD könüllülərinə İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və biliklərini möhkəmləndirmək üçün daha çox şans verir.

8e6d07dd-9d96-457d-b263-9db6a52bc689 305041326_114781854691867_8503102317284052509_n 305049833_428289776058556_6654091502761175492_n 306786533_430061909214676_392591650403926614_n a3ac0a64-d227-4e20-ab0d-6a9b8c6c903f foto (63)15780d15-10c5-42ae-8197-c269ced95527

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.