Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD-ın üzvləri məktəblərdə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” haqqında yayım sessiyaları keçirməyə davam edirlər. Bu sessiyaların əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək, rayon bölməsini və onun könüllülərini ictimaiyyətə təqdim etməkdir. Sessiyalar zamanı könüllülər şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyətləri baradə ətraflı məlumat verirlər.
Sessiyalar həmçinin şagirdlər üçün interaktiv məşğələləri əhatə edir və sual-cavab ilə başa çatır.
Belə ki, 2022-ci ilin oktyabr ayında AzQAC-ın Sumqayıt, Tərtər, Ağdam, Füzuli, Qazax, Cəbrayıl və Bərdə rayon bölmələrinin FMKD üzvləri tərəfindən Sumqayıt şəhərinin 12 və 18 saylı məktəblərində, Tərtərin Borsunlu və Kəngərli, Ağdamın Qərvənd və Mahrızlı, Füzulinin Yuxarı Kürtmahmudlu və Araz Yağlıvənd, Qazaxın Alpoud və Fərəhli, Bərdənin Piyadalılar və Dəymədağlı və Cəbrayılın Cocuq Mərcanlı kənd məktəblərində ümumilikdə 15 yayım sessiyası həyata keçirildi.