22 noyabr 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində işçi qrupunun növbəti görüşü keçirilib. Görüşün məqsədi şöbələrin gördükləri işlər və həyata keçirdikləri fəaliyyətlər haqqında müzakirələr aparmaq və koordinasiyanı təmin etmək idi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ilk yardım fəaliyyətləri və təlimləri, miqrasiya ilə bağlı ölkədə mövcud olan vəziyyət, AzQAC-ın Miqrasiya şöbəsinin fəaliyyətləri, Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin fəaliyyətləri haqqında ətraflı müzakirələr aparıblar.
Görüşdə AzQAC-ın icraçı katibinin müavinləri Elşən Səlimzadə və Şaban Şayev, Fövqəlada Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Renat Vəliyev, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, İlk Yardım koordinatoru Əminə Cabbarova və İlk Yardım üzrə əməkdaş İlkinə Ağayeva iştirak ediblər.