FB_IMG_1669302044553

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Psixoloji İlk Yardım təlimində iştirak ediblər

7-11 noyabr 2022-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası (BQXQACF) tərəfindən Psixoloji İlk Yardım təlimi keçirilib. Təlimin məqsədi Milli Cəmiyyətlərin Psixoloji Sağlamlıq və Psixososial Dəstək üzrə çalışan əməkdaşlarının bilik və bacarıqlarını artırmaq, onlar arasında təcrübə mübadiləsini təmin etməkdir.

Ümumilikdə 10 ölkənin Milli Cəmiyyətlərindən müvafiq sahə üzrə çalışan nümayəndələrin iştirakı ilə həyata keçirilən təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini (AzQAC) Sumqayıt regional mərkəzinin koordinatoru Mətanət Məhərrəmova və İlk Yardım üzrə koordinator Əminə Cabbarova təmsil ediblər.

Təlim proqramına müxtəlif təqdimatlar, qrup işləri, simulyasiya məşğələsi, təcrübə mübadiləsi  və müzakirələr daxil idi. Mətanət Məhərrəmova və Əminə Cabbarova müvafiq formatda təqdimatlar hazırlayıb və çıxış ediblər.

Eyni zamanda, həm böyüklər,  həm də uşaqlar arasında Psixoloji İlk Yardımının  əsas prinsipləri üzərində praktiki təcrübə məşğələləri keçirilib. Beynəlxalq Federasiya tərəfindən Psixi Sağlamlıq və Psixososial dəstək (PSPD) üzrə Avropa regional ofisinin nümayəndəsi Olga Rusakova PİY haqqında sübutlara əsaslanan bilikləri iştirakçılarla bölüşüb, psixoloji maarifləndirmənin müasir dövrdə rolu, PİY-ın müxtəlif programlarda komponent olaraq vacibliyini vurğulayıb.

5 gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

FB_IMG_1669302125484 FB_IMG_1669302069411 FB_IMG_1669302108576 FB_IMG_1669302080223 FB_IMG_1669302044553

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.