Hər il dekabrın 1-i dünyada QİÇS haqqında məlumatlılığı artırmaq və bu sağlamlıq problemi qarşısında beynəlxalq həmrəylik nümayiş etdirmək üçün QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Bu məqsədlə 1 dekabr 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt şəhər bölməsi Sumqayıt Dövlət Universiteti və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayit şöbəsinin birgə təşkilatçılığı ilə “Bərabərsizliyə son, QİÇS-ə son!” adlı maarifləndirici tədbir keçirilib.
Tədbiri Sumqayıt Dövlət Universitetinin Sosial Məsələlər və İctimaiyyətlə Əlaqələr üzrə prorektoru Elmar Xəlilov açaraq iştirakçıları salamlayıb, tədbirin mahiyyəti barədə məlumat verib.
Daha sonra, AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək bu sağlamlıq probleminin törətdiyi fəsadlar, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu sahədə aparıdığı təbliğat kompaniyalarından bəhs edib.
Respublika QİÇS –lə Mübarizə Mərkəzinin Sumqayıt regional laboratoriyasının şöbə müdiri Lamiyyə Şahməmmədova da çıxış edərək QİÇS və onun fəsadları, məlumatlılığın əhəməmiyyəti mövzusu ətrafında işitrakçıları məlumatlandırb.
Daha sonra, AzQAC-ın Sumqayıt şəhər bölməsinin könüllüləri Sona Nəzərova və Lalə Cəlilzadə İİV infeksiyası, infeksiyanın kəşfi, sosial xüsusiyyətləri, həmçinin yoluxma yolları haqqında təqdimat ediblər.
Tədbirdə eyni zamanda, QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt şöbəsinin əməkdaşları tərəfindən könüllü laborator testlər keçirilib. Universitetin tələbələri və AzQAC-ın Sumqayıt şəhər bölməsinin könüllüləri test analizlərinin verilməsində fəal iştirak ediblər.
Tədbirin sonunda Sumqayıt şəhər bölməsinin könüllüləri tərəfindən tələbələrə QİÇS-in profilaktikası istiqamətində hazırlanan broşurlar paylanılıb.