317928220_5662339213814422_5713109430800649368_n

Azərbaycan Qızıl Aypara Cəmiyyəti mina qurbanlarına yardım mövzusunda təşkil olunan dəyirmi masada iştirak edib

2 dekabr 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Beynəlxalq Qızıl Xaç Komitəsi, ANAMA və ADA Universitetinin təşkilatçılıq ilə mina hadisələri qurbanlarına daha effektiv dəstək göstərilməsi mövzusunda tematik müzakirələr və çalışmaların yer aldığı dəyirmi masada iştirak edib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən vitse-prezident Qafar Əsgərzadə, risklər və təhlükəsiz davranış üzrə proqram koordinatoru İsmayıl Əhmədov və rəqəmsal kommunikasiyalar üzrə əməkdaş Vüsal Səfərli iştirak edib. Açılış nitqində Qafar Əsgərzadə qonaqları salamlayıb və AzQAC-ın prezindenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov-un salamını çatdırıb. Daha sonra Qafar Əsgərzadə mina təhlükəsindən, yaratdığı fəsadlardan söz açıb. Mina mövzusunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gördüyü işlərdən vurğu edən vitse-prezident, Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq eksperti olduğu “Mina Risklərinin Azaldılması” startegiyası çərçivəsində olan “Təhlükəsiz Oyun Meydançaları” layihəsindən bəhs edib. Sonda isə AzQAC-ın Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvlərindən ibarət xüsusi qrup könüllüləri Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Mina Risklərinə və Təhlükəsizliyə dair Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Qazax və bir sıra digər ərazilərdə mütəmadi şəkildə maarifləndirmə işləri aparıldığı barədə də əlavələrini edib.

318063371_5662339327147744_2973596329073834710_n 317867560_5662339263814417_2739146114871989310_n 317999245_5662339293814414_1937492760669039947_n 317928220_5662339213814422_5713109430800649368_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.