12-16 dekabr tarixində proqram əsaslı tərəfdaşlıq (Pilot Programmatic Partnership (PPP)) layihəsi çərçivəsində Qırğızstanın paytaxtı Bişkekdə “İcmaların cəlb olunması və cavabdehlik (CEA)” və Mühafizə və Gender İnklüzivliyi (Protection and Gender Inclusion (PGI)) üzrə Təlimçilərin Təlimi (ToT) keçirilib.
Müvafiq sahə üzrə çalışan 20 nümayəndənin iştirakı ilə həyata keçirilən təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İcmaların cəlb olunması və cavabdehlik (CEA) üzrə əməkdaşı Kamilla Rüstəmova təlimçi qismində iştirak edib.
Təlim zamanı CEA bilikləri, PGİ-nin aspektləri, geribildirim mexanizminin yaradılması və istifadəsi üzrə təqdimatlar olunub, eyni zamanda, iştirakçıların təlimçi kimi bacarıqlarını artırmaq və inkişaf etdirmək üçün ünsiyyət, təqdimat bacarıqları kimi mövzuları əhatə olunub.
Sonda təlimi müvəfəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunub.