27 yanvar tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası arasında AzQAC-ın baş idarəsində görüş keçirilib.
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov, AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev və icraçı katibin müavini Şaban Şayev, Beynəlxalq Federasiyanın Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muxamadiev, Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri Serdar Günel iştirak ediblər.
Görüşdə iki təşkilat arasında ümumi görülən işlər, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə söhbət açılıb. Ötən illərdə olduğu kimi bu ildə də əməkdaşlıq çərçivəsində həm AzQAC, həm də Beynəlxalq Federasiyası qarşıya qoyulan məqsədə çatmaq üçün üzərlərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmi vurğulanıb.