Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində Cəmiyyətin rəhbərliyi və əməkdaşları ilə görüş keçirilib. Görüşün məqsədi AzQAC-ın qarşıdan gələn, 10 mart tarixində Qızıl Aypara gününü qeyd etmək məqsədilə tədbirlər planını müzakirə etmək və fəaliyyət planını tərtib etmək olub.
Görüş zamanı AzQAC-ın müvafiq əməkdaşları tərəfindən müxtəlif fikirlər irəli sürülüb, fikir mübadiləsi aparılıb. Nəticədə həyata keçiriləcək fəaliyyətlər haqqında ortaq qərara əsasən 10 mart tarixini qeyd etmək məqsədilə tədbirlər planının hazırlanması qərara alınıb.