Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD-nın üzvləri Mobil İlk Yardım Postlarının təşkilini davam edirlər. İlk Yardım Postları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölmələri tərəfindən ən azı ayda bir dəfə ictimaiyyətin toplaşdığı yerlərdə təşkil edilir. Bu tədbirinin əsas məqsədi FMKD-nın könüllülərini ictimaiyyətə təqdim etmək və AzQAC-ın rayon bölmələri tərəfindən təqdim olunan İlk Yardım xidmətlərini nümayiş etdirməkdir. Belə müntəzəm tədbirlərin təşkili həm də FMKD-nın könüllülərinə İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və biliklərini möhkəmləndirmək imkanı verir. Tədbir zamanı könüllülər iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr, yanıqlar kimi əhəmiyyətli mövzular haqqında geniş məlumat verir və praktiki məşğələlər nümayiş edirlər. Tədbirdə ilk yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-ın müvafiq rayon bölməsinin fəaliyyətləri haqqında qısa məlumat verilir.
Belə ki, 2023-ci ilin fevral ayında AzQAC-ın Sumqayıt, Tərtər, Ağdam, Füzuli, Bərdə, Qazax, Cəbrayıl və Tovuz bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvləri tərəfindən ümumilikdə 8 Mobil İlk Yardım Postu tədbiri təşkil edilib.