Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində ənənəvi olaraq hər il olduğu kimi “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə kollektivdə çalışan xanımlar təbrik edildi.
Yığıncağı təbrik sözləri ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov xanımların həyatımızdakı rolundan, onların cəmiyyətdəki müqəddəs missiyalarından danışdı. Onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı. Daha sonra xanımlarla birlikdə kollektiv şəkil çəkildi və hədiyyələr paylanıldı.