Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Nizami rayon bölməsi tərəfindən Yevlax rayonda AzQAC-ın 103-cü il dönümünü və qarşıdangələn Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Aztəminatlı ailələrin uşaqları üçün keçirilən tədbirdə iştirak edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı regional mərkəzinin koordinatoru Rəna İbrahimova, Mingəçevir regional mərkəzinin koordinatoru Aydın Nəsibov və Yevlax rayon bölməsinin sədri Həbibə Məmmədova tədbirin açılışında çıxış edərək tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib, onlara öz xoş arzularını çatdırıblar.
Tədbirdə şən oyunlar ilə uşaqlar əylənib və onlara hədiyyələr təqdim olunub.
Tədbirin təşkilinə görə uşaqların valideynləri AzQAC-ın əməkdaşlarına və xeyirxah şəxslərə öz minnətdarlıqlarını bildiriblər.