IMG-20230331-WA0020

24 Mart – Ümumdünya Vərəmlə Mübarizə gününə həsr edilən tədbirlər keçirildi

Hər il olduğu kimi dünyada  “24 Mart- vərəmlə mübarizə günü”nə həsr edilən tədbirlər həyata keçirilir.

Belə ki, 2023 il 30 mart tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ölkə Əlaqələndirmə Komissiyası, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və Azərbaycan Vərəməleyhinə QHT Koalisiyasının təşkilatçılığı ilə Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş konfrans keçirilmişdir.

Konfransın məqsədi 24 Mart Vərəmlə Mübarizə günü ərəfəsində dünyanın ən ölümcül infeksiyası – Vərəm xəstəliyinə diqqət çəkmək və onun insanlar üzərindəki dağıdıcı sosial və iqtisadi təsiri barədə ictimai məlumatlılığı artırmaqdır. Konfransda Milli Məclisin deputatları, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, TƏBİB, İTS, Azərbaycan Vərəmlə Mübarizə QHT Koalisiyası və digər  qurumlardan olan nümayyəndələr iştieak etmişlər. Ümumdünya Səhiyyə Təşkilatının Vərəm üzrə mütəxəssisi,  “Stop TB Partnership” təşkilatlarının nümayyəndələri konfransa onlayn formatında qatılmışlar.

“Stop TB Partnership” təşkilatının icraçı direktoru xanım Luçika Ditiunun konfrans iştirakçılarına ünvanladığı video-müraciətində qeyd olunmuşdur ki, vərəm xəstəliyi hazırda dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir: “Hələ də hər gün 4000-4500 nəfər insan vərəmdən dünyasını dəyişir, onlardan 700-ü uşaqlardır. Vərəm hava yolu ilə ötürülən xəstəlikdir. Biz bütün səylərimizi birləşdirərək 2030-cu ilədək vərəmi tamamilə ləğv edə bilməsək də, ona son qoya bilərik, yoluxmanı dayandıra bilərik. Əminəm ki, Azərbaycan 2030-cu ilədək öz insan və maliyyə resurslarını səfərbər edərək vərəmə son qoymağı bacaracaq”. Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov bildirdi ki, ölkəmizdə həm dövlət, həm qeyri-dövlət təşkilatlarının birgə səyi nəticəsində vərəmlə mübarizədə son 10 il ərzində böyük uğurlar əldə olunub və Azərbaycan beynəlxalq əməkdaşlıq platformalarından uğurla istifadə etməkdədir.

Konfransda  Cəmiyyətin Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva və İcmaya əsaslanan Sağlamlıq proqramının təlimçisi Mətanət Qaraxanova iştirak etmişlər. Vərəmlə Mübarizə QHT Koalisiyasının üzvü olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti  vərəmlə mübarizədə böyük təcrübəyə malik olan bir təşkilat kimi Koalisiyanın  fəaliyyətləri çərçivəsində 24 Mart Vərəmə mübarizə Gününə həsr edilən maarifləndirici tədbirləri təşkil etmişdir. Koalisiya tərəfindən sosial şəbəkələr və mediada yayılması üçün plakat hazırlanmışdır.

Belə ki, Tibb işçiləri və AzQAC istehsal təcrübəsi proqramında iştirak edən tələbələrə Vərəm haqqında seminarlar keçirilmişdir.  Hər iki seminarda iştirakçılara vərəmin dünyada yayılması, yoluxma səbəbləri, dünyada və Azərbaycanda vərəmlə bağlı vəziyyət və gələcəkdə vərəmə son qoymaq üçün tövsiyyələr barədə geniş məlumatlar təqdim edilmişdir.

IMG-20230331-WA0078 IMG-20230324-WA0007 AzQAC4 AzQAC AzQAC 3 IMG-20230330-WA0018 IMG-20230331-WA0011 IMG-20230331-WA0020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.