AzQAC-ın azərbaycan dili müəllimi, Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva, AzQAC könüllüsü Lalə Nəsibli ilə xəstəsi və ehtiyacı olan, 9 nəfərlik bir əfqan ailəsinə evinə baş çəkmişlər. Ərzaq və digər məişət ləvazimatları bağlamaları ilə Kərimi ailəsini sevindirən ayparaçılar onların problemlərinə azacıq da olsa dəstək olaraq, söhbət və məsləhətləri ilə onların sıxıntılarına şərik olmuşlar. 7 ildən artıqdır 8 övladı ilə Əfqanıstanda çətin həyat şəraiti məcburiyyəti ilə Azərbaycana üz tutan Məzidə xanım Ayparaçıların bu səmimi gəlişini çox xoş qarşılamış, arzu və istəklərini dilə gətirmişlər.