1 iyun 2023 – cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Həbibə xanım Məmmədova və könüllüləri “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Yevlax şəhər 3 nömrəli uşaq bağçasına gediblər. Bu il bağçadan “Əlvida bağça” deyərək məktəbə gedən uşaqlara AzQAC tərəfindən hədiyyələr verilib.