07 iyun 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanovun və rəhbər heyətin iştirakı ilə Nağd Pul və Vauçer Yardımı (NPVY) fəaliyyətləri ilə əlaqədar təqdimat yığıncağı keçirilmişdir.
Öncə AzQAC-ın prezidenti Novruz Aslanov iştirakçıları salamlayaraq Milli Cəmiyyətin inkişaf planına uyğun olaraq işlərin davam etdirilməsi barədə qeydlərini bildirmişdir.
Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və Nağd Əməliyyatlar üzrə məsul şəxsi Nuranə Qasımzadə müzakirələr əsasında keçən təqdimatda NPVY Hazırlığı üzrə Milli Cəmiyyətin keçdiyi hazırlıq mərhələləri, qazanılan nailiyyətlər, gələcək addımlar barədə rəhbər heyəti məlumatlandırmış, qarşıya çıxan çətinliklərdən bəhs etmiş, rəhbərliyin yeni fikir və tövsiyələrini dinlənilmişdir.
Ardınca, Novruz Aslanov 29-31 may, 2023-cü il tarixlərində Macarıstanın Budapeşt şəhərində zərərçəkmiş Ukraynalılara nağd pul yardımı ilə bağlı keçirilən seminarda Nuranə Qasımzadənin ölkəmizi layiqincə təmsil etməsindən məmnun olduğunu bildirərək onu təbrik etmişdir.
Cəmiyyətin prezidenti Novruz Aslanov təqdimatla bağlı fikirlərini bildirərək, əldə edilmiş qiymətləndirmə göstəricilərinin gələcəkdə daha da artırılmasının vacibliyini vurğulamiş və son zamanlar şəffaflığın artırılması məqsədi ilə nağd əməliyyatların yeni sistemə keçidinin məqsədəuyğunluğunu xüsusi qeyd etmişdir. Daha sonra iclasın iştirakçıları təqdimatda qeyd edilmiş problem və təkliflər ilə bağlı müzakirələr aparılmışdır.
Novruz Aslanov öz növbəsində bu fəaliyyətlər istiqamətində görülən işlərdən məmnunluğunu bildirmiş və nəticə yönümlü işlərin gələcəkdə gücləndirilməsini xüsusilə qeyd etmişdir.