Məlumdur ki, şəxsiyətlərarası münasibətlərin qurulması bizim həyatımızın inkişafında vacibdir. Lakin bir çox hallarda yaşlı və gənc nəsl nümayyəndələri arasında bu əlaqələrin qurulmasında narahatlıqlar (problemlər) yaşanır.
Bununla bağlı, 06.02.2016-ci il tarixində Azerbaycan Qadın ve İnkisaf Mərkəzi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Səbail Rayon Bölməsi ilə birgə 2 Fevral Gənclər Günü ilə bağlı yaşlı və gənc nəslin nümayyəndələri ilə görüş təşkil etmişlər. Keçirilən görüşdə yaşlı xanımlar və gənc qızlara onların həyatında hər iki nəsl nümayyəndələrinin arasında əlaqələrin qurulmasında yaranan və narahat edən problemlər barədə deməyi təklif olunmuşdur. Baş tutan görüşdə xoşa gəlməyən davranışlar barədə fikirlər söylənildi və təhlil edilərək qarşılıqlı səmimi söhbət aparıldı. Bu səmimi bir şəraitdə keçirilən görüşdə gənclərə keçmişə bir daha baxış və gələcəyə daha düzgün addımlaya bilmək istəyi dururdu. Tədbirdə iştirak edən yaşlı xanımlar gənclərimizi açıq və sərbəst fikirli olmağa və həyatda düzgün mövqe tutaraq addımlamağa, keçmişin dəyərli izlərini pozmadan yaşamağa, inkişafa doğru bilik və bacarıqları əldə etmək kimi tövsiyyələr səsləndirdilər. Gənclərimizin fikir azadlığı, bugünə olan tələbləri və istəklərini yaşlı təbəqənin necə gördüyünü öyrəndik. Gənclərimizin böyüklərdən onlarla anlayaraq davranmaq, fikir azadlığına yer ayırmaq, digər tərəfdən böyüklərə hörmət etmək və diqqətli olmaq kimi məqamlar xüsusi vurğulandı. Yaşlı xanımların içtimai fəaliyyətlərdə iştirak, texnologiyalardan istifadə etmək bacarıqlarına yiyələnmək və xanımların cəmiyyətdə rolları barədə digər fikirlər gənclər tərəfindən səsləndi. Şəxsiyyətlərarası münasibətlərdə ən vacib məqamlardan dinləmək, azad fikirə hörmətlə yanaşmaq, qarışıqlı anlayışlı davranmaq, ümumiyyətlə bunun nə olduğunu bilmək vacibdir. Hər iki nəslin nümayyəndələri belə görüşlərin, tez-tez təşkil olunmasını arzuladılar. Sonda çay süfrəsi arxasında səmimi söhbət davam olundu.