Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Gənclər Komitəsi, Gənclər və Könüllülər şöbəsi pilot bir layihə həyata keçirir. Layihənin məqsədi manikur ustası Afaq təmənnasız olaraq sosial cəhətdən zəif müdafiə olunan və aztəminatlı ailələrdən olan gənc qızlara öz peşəkar sənətini öyrədir. Sənət öyrədildikdən sonra qızlar işlə təmin olunacaqlar. Peşəkar usta bu layihəni çox bəyənir, gələcəkdə də bu cür layihələrin davam etməsi üçün əlindən gələni edəcək.
Sosial şəbəkələrin birində həmin peşəkar ustanın profilində paylaşımından:
“İnsanlara – ehtiyacı olanlara bildiyini öyrədib sənət sahibi etmək, kömək etmək nə imkana baxır, nə də hər hansısa bir bəhanəyə. Mən sahib olduğum kimi. Buna görə də Qızıl Aypara Cəmiyyətinə təşəkkür edirəm ki, mənə gözəl işləmək həvəsi olan köməkçi tapdı, həmçinin, gələcəkdə sənət sahibi olacaq birini. Bunları yazmaqda məqsədim hər hansısa reklam xarakteri daşımır, sadəcə bildirmək istəyirəm ki, insan istəsə hər şey edə bilər. Gəlin, əl – ələ verək və köməyə ehtiyacı olan insanlara azacıq da olsa bacardığımız dəstəyi edək. Bildiyimiz peşəni öyrədib onları gələcəyə hazırlayaq. Uşaq evlərində körpələr öz ayaqları üzərində dursalar özlərini tək hiss etməzlər. Mən bacardığım qədər bildiklərimi öyrədəcəm və iş sahibi edəcəm. Mümkünsüz deyil, onları tək qoymayaq.