Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) fəaliyyət istiqmətlərindən biri olan Beynəlxalq Humanitar Hüququn və Fundamental Prinsiplərin Yayımı (Yayım) işinin aparılması çərçivəsində Qızıl Aypara emblemindən növbəti sui-istifadənin qarşısı alınmışdır.
İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin Yayım sektorunun fəaliyyət planına əsasən, “Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanununa zidd olaraq Qızıl Aypara emblemindən istifadə edən “Azmedicon” şirkətinə xəbərdarlıq edilmişdir. Öz növbəsində şirkətə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti və emblemlərdən istifadə qaydaları haqqında məlumat verilmişdir.
Nəticədə, dərhal emblem “Azmedicon”-a məxsus avtomobil üzərindən soyulmuş və əyani sübut kimi çəkilmiş şəkil AzQAC-ın elektron ünvanına göndərilmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu istiqamətdə öz fəaliyyətlərini davam etdirəcək.