Изображение 305

15 fevral – Xərçəng xəstəsi olan uşaqların Beynəlxalq günüdür

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.

Bildiyiniz kimi, 15 fevral – Xərçəng xəstəliyindən əziyyət çəkən   uşaqların Beynəlxalq günüdür. Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsinin,  Gənclər və könüllülər şöbəsinin təşkilatçılığı, BHH və Fundamental prinsiplərin yayım sektorunun və Yasamal RB-nin iştirakı ilə Onkoloji xəstə olan uşaqlar üçün möhtəşəm tədbir keçirildi.

Tədbir 16 fevral tarixində Bakı şəhərində yerləşən Milli Onkoloji Mərkəzin uşaq şöbəsində baş tutdu.

Tədbiri giriş sözü ilə Cəmiyyətin İcraçı Katibinin müavini, Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova açıq elan edərək bu günün mahiyyətindən söhbət açmışdır. Daha sonra isə söz Yasamal RB-nin sədri Şahin Hüseynova və uşaqları əyləndirmək üçün Abdulla Şaiq adına kukla teatrından dəvət olunmuş aktyor Rəhman Rəhmanova verildi.

Tədbirin mahiyyəti taleyin bu uşaqlara bəxş etdiyi sevinc, gülüş payını çox az dadan uşaqları sevindirmək, qəlblərini oxşamaq idi.

Bu məqsədlə, A.Şaiq adına Kukla teatrının səyyar qrupu öz kollektivi ilə  təmənnasız olaraq xəstəxanada uşaqlar üçün Azərbaycan nağıllarından ibarət səhnəciklər göstərdilər. Qeyd edək ki, uşaqlar üçün “Tülkü və leylək” nağılı tamaşa şəklində təqdim olundu.

Tədbir boyu isə Cəmiyyətin könüllüsü Gülarə təmənnasız olaraq uşaqların əllərini, üzlərini Faceartla bəzədi.

Daha sonra uşaqlar üçün Cəmiyyət tərəfindən hazırlanmış hədiyyələr təqdim olundu.

Sonda tədbirdə iştirak edən valideynlər və xəstəxananın rəhbərliyi və əməkdaşları tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, A.Şaiq adına Kukla teatrının rəhbərliyinə və əməkdaşlarına keçirdikləri bu möhtəşəm tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə, xüsusən də, Milli Onkoloji Mərkəzin rəhbərliyinə və kollektivinə, A.Şaiq adına Kukla teatrının rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.Изображение 306 Изображение 311 Изображение 314 Изображение 320 Изображение 326 Изображение 357 Изображение 358 Изображение 379 Изображение 388 Изображение 392 Изображение 395 Изображение 401 Изображение 407

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.