17 fevral 2016-cı il tarixində Sumqayıt şəhər bölməsində Sumqayıt Regional Mərkəzinə daxil olan bölmə sədrlərinin iştirakı ilə ilin yekununa həsr olunmuş iclas keçirilmişdir. İclasda AzQAC-ın vitse-prezidenti Əziz Qocayev, “Regional Mərkəz və Yerli Bölmələrlə iş şöbəsi”nin müdiri Ağayar Hüseynov və Nizami şəhər bölməsinin sədri Rəna xanım İbrahimova da iştirak etmişdilər.
İclası giriş sözü ilə AzQAC-ın İdarə rəisi, vitse-prezident Əziz Qocayev açaraq, AzQAC-ın prezidenti Dr.Novruz Aslanovun salamlarını bölmə sədrlərinə çatdırmış, görülən və görüləcək işlər barədə məlumatlar vermişdir. Əziz müəllim öz çıxışında qeyd etdi ki, Sumqayıt şəhər RM koordinatoru Vaqif Əliyevin səhhəti ilə bağlı öz ərizəsi ilə kooordinatorluq vəzifəsindən azad olunmuş və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Dr.Novruz Aslanovun əmrinə əsasən bu vəzifəyə Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova layiq görülərək təyin edilmişdir. Söz alan AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova AzQAC-ın prezidenti, millət vəkili Dr.Novruz Aslanova bu təyinat üçün minnətdarlığını bildirmiş və rəhbərliyi əmin etmişdir ki, göstərilən etimadı layiqincə doğruldacaq, ona verilən tapşırıqları uğurla həyata keçirərək yaxın vaxtlarda Sumqayıt RM-də müsbət yönümlü dəyişikliklər edəcəkdir.
Bundan sonra, ayrı-ayrılıqda bölmə sədrlərinə söz verilmiş, onlar da öz növbələrində 2015-ci ildə gördükləri işlər barədə məlumat vermişdilər. Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarə rəisi, vitse-prezident Əziz Qocayev hər bir rayon bölmə sədrlərinə 2016-cı ildə görüləcək işlər barəsində müvafiq tapşırıqlarını vermişdi.