Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində ənənəvi olaraq hər il olduğu kimi “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə kollektivdə çalışan xanımlar təbrik edildi. Yığıncağı təbrik sözləri ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Dr. Novruz Aslanov xanımların həyatımızdakı rolundan, onların cəmiyyətdəki müqəddəs analıq missiyalarından danışdı. Onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı. AzQAC-ın Bakı regioanl mərkəzinin sabiq sədri Ofelya Sadıqova çıxışında kollektivin xanımları adından onlara göstərdiyi diqqət və qayğıya görə Novruz Aslanova öz təşəkkürünü bildirdi.
Sonda xanımlara günün önəminə uyğun olaraq hədiyyələr paylanıldı.