DSCN0077

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı ofisinin yeni başçısı ilə rəsmi görüş

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruz Aslanovun Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı ofisinin yeni başçısı xanım Elena Sessera və Əməkdaşlıq üzrə məsul şəxsi cənab Qreqori Le Coq ilə rəsmi görüşü keçirilmişdir.

Görüş zamanı ölkədə mövcud olan vəziyyət və bununla bağlı Qızıl Xaç və Qızıl Aypara Hərəkatı daxilində hər iki təşkilatlar arasında atılmış və atılacaq dəstək addımları müzakirə edilmişdir. Cənab Aslanov qeyd etmişdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti fəaliyyətini mandatına, qanununa, nizamnaməyə və Sevilya Razılaşmasına əsasən quraraq, yaranmış vəziyyətdə öz töhfəsini verməyə hazırdır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Başçısı xanım Sessera öz növbəsində qeyd etdi ki, BQXK yaranmış vəziyyətdə və missiyasına uyğun olaraq qarşı tərəflər arasında neytral vasitəçi rolu çərçivəsində fəaliyyət göstərməyə və eyni zamanda BQXK beynəlxaq humanitar hüquq normalarının riayət olunmasına nəzarət etməyə hazırdır.

Müzakirələr əsnasında hər iki tərəf aparılan tədbirlər və fəaliyyətlər zamanı təhlükəsizlik qaydalarına nəzarət edilməsi məsələlərinə toxunaraq, bu qaydaların AzQAC-nin cəbhə xətti yaxınlığında yerləşən yerli bölmələrdə çalışan işçi heyyəti və könüllülərinə bir daha xatırlanmasını müvafiq bildi.

Sonda bir daha qeyd olundu ki, humanitar tədbirlərin uğurlu həyata keçirilməsi üçün həmişə olduğu kimi bütün aparılan fəaliyyətlər hər iki təşkilat arasında qurulmuş əməkdaşlıq münasibətlərinin koordinasiyası əsasında həyata keçiriləcəkdir.DSCN0078 DSCN0080 DSCN0082 DSCN0083

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.