20160401_124001

2 Aprel – Ümumdünya Autizm Günüdür

ÜST-ın  67-ci Assambleyasında  (19-24 may 2014-cü il) 194 ölkənin iştirakı ilə  autistik spektrli olan psixi pozuntularına dair  fəaliyyətlərin geniş həyata keçirilməsinə dair  fəaliyyət planlarını təsdiq etmişdir.  Eyni zamanda tibbi işçilər və xüsusilə valideynlər üçün nəzərdə tutulan bir sıra tövsiyyələr də  hazırlanmışdır.

2 Aprel tarixi BMT tərəfindən Ümumdünya Autizm Günü kimi qəbul edildikdən sonra dünyada məşhur “Autism speaks” cəmiyyəti bu günlə əlaqədar “Light it up Blue” (“Mavi İşıqla İşıqlandır”) layihəsini həyata keçirir. Həmin gün dünyanın müxtəlif ölkələrində binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandıraraq 2 Aprel tarixinin Ümumdünya Autizm Günü olduğunu insanlara çatdırır. Məqsəd   əhali arasında  autizmlə əlaqədar maarifləndirilməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. 2010-cu ildə ABŞ-da həyata keçirilən “Mavi İşıqla İşıqlandır” layihəsi hazırda 6 qitə, 136 ölkə və 600 şəhəri əhatə edir.

Azərbaycan bu layihəyə Heydər Əliyev Fondu və BMT-in Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə 2012-ci ildə Ümumdünya Autizm Günündə qoşulub.

2016-cı ildə  Azərbaycanda  bu günün qeyd olunması bir çox dövlət və QHT-larla  əməkdaşlıq çərçivəsində, beynəlxalq mütəxəssislərinin iştirakı ilə  geniş tədbirlər  həyata keçirilir. Aprel ayının 2-də Bakıda “Alov qüllələri” mavi rəngdə işıqlandırılmışdır.

Əhali arasında autizm barədə maarifləndirici tədbirlərin keçirilməsi AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində, psixi sağlamlığın təbliğatı fəaliyyətlərinə aid olduğundan, aprel ayının 1-də Sabunçu rayonun Bakıxanov qəsəbəsində, Kürdəxanı kəndinin 113 saylı tam orta məktəbin müəllim heyyəti, aprel ayının 4-də isə təkmilləşdirmə kurslarında iştirak edən həkim pediatrlar üçün autizm haqqında  geniş məlumatlar təqdim edilmiş, İçtimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan əyani vəsaitlər paylanılmşdır. Dünya autizm günü ilə əlaqədar  AzQAC-in nümayyəndələri və könüllüləri bu tədbirlərə qatılaraq, fəal iştirak edirlər.12931052_607347236089589_1192639844766679137_n20160401_125635 P1070853 P1070856

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.