P1070881

AzQAC Sabunçu Rayon Bölməsinin fəaliyyətləri davam etdirir

AzQAC ölkədə dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində tibbi-sosial, humanitar sahələrdə  geniş fəaliyyətləri həyata keçirir. Bu fəaliyyətlərdə  Sabunçu rayonunda  fəaliyyət göstərən 20 nəfər sosial xidmət göstərənlər, eyni zamanda,  AzQAC-in Sabunçu Rayon Bölməsinin könüllüləri olaraq, fəal iştirak edirlər.  Belə əməkdaşlıq çərçivəsində AzQAC-in Sabunçu Rayon Bölməsinin təşkilatçılığı rayonda tənha,  və xüsusi qayğıya ehtiyacı olan ahıllara sosial xidmət göstərənlər üçün aprel ayının 6-da sağlamlıqla bağlı maarifləndirici  seminar təşkil olunmuşdur. Sabunçu Rayonun  Sosial Müdafiə Mərkəzində keşirilən seminar iki hissədən ibarətidir.

Seminarın 1-ci hissəsində  AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən 6 Aprel Ümumdünya Fiziki Aktivlik günü ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının fiziki aktivliyin ümumi sağlamlığa təsiri barədə tövsiyyələri təqdim edilmişdir.

Seminarın ikinci hissəsində  Azərbaycan Sosial İş İçtimai Birliyin vasitəsi ilə Azərbaycana dəvət olunan Beynəlxalq ekspert – ABŞ-ın Dominikan Universitetinin Sosial iş üzrə professoru Leticia Villarreal Sosa tərəfindən “Ahıllar arasında tez-tez rast gəlinən xəstəliklər” mövzusunda təqdimat edilmişdir.

Seminar iştirakçılarına ahıl və qocalıq dövründə tez-tez rast gəlinən demensiya və Alsgeymer xəstəliyinin xüsusiyyətləri barədə prezentasiya şəklində məlumatlar təqdim edilmişdir.20160406_173424 P1070861

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.