P1080003

Gənclərlə növbəti görüş keçirildi

 

AzQAC tərəfindən həyata keçirilən fəaliyyətlər arasında   gənclər və könüllülərin mütəmadi şəkildə  məlumatlandırılmasına xüsusi yer ayrılır. Cəmiyyətin  Gənclər və könüllülər, İcmaya əsaslanan sağlamlıq, Humanitar, İcmaların inkişafı və digər şöbələrin işçi heyyəti təlimlərin təşkilolunmasına cəlb olunurlar.

Ünsiyyət insanın inkişafında və şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli məna kəsb edir. İnsan ünsiyyətsiz yaşaya bilməz. Hər bir  insan ünsiyyət bacarıqlarını   öyrənməlidir.

Belə ki,  07.05.2016-ci il tarixində İcmaya əsaslanan sağlamlıq proqramı çərçivəsində gənclərlə növbəti görüş keçirilmişdir. Görüşdə Bakı Slavyan Universiteti, Azərbaycan turizm və menecment İnstitutu, Azərbaycan Texniki Universitetindən tələbələr iştirak etmişlər.  “Yaşamaq istəyirsənsə, ünsiyyət qurmaq bacarıqlarını öyrən” mövzusuna həsr edilən görüşün əsas məqsədi insanlar arasında yaranan unsiyyət problemlərini müəyyən etmək, ünsiyyətin düzgün qurula bilməməməsinin səbəbləri və onun həlli yollarını müzakirə  etmək idi.

İlk olaraq gənclərə bu görüşün  8 May Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkat Günü ilə əlaqəli olduğu qeyd edildi. Hərəkatın  7 Fundamental prinsipləri əsasında həyata keçirilən fəaliyyətlər barədə geniş məlumatlar çatdırıldı.

Sonra isə ünsiyyət qurmaq bacarıqları ilə bağlı elmi əsaslara istinad edərək, vacib məlumatlar təqdim edildi. Təqdim edilən məlumatlardan sonra gənclər hər biri ayrı-ayrılıqda öz fikirlərini bölüşdülər və ünsiyyət zamanı onları narahat edən məqamları vurğulayaraq qeyd etdilər. Sərbəst şəkildə keçirilən görüşdə iştirak edən gənclər mövzu ilə bağlı keçirilən tapşırıqlarda və mövzu ətrafında geniş müzakirədə  fəallıq nümayiş etdirdilər.  Sonda iştirakçılar düzgün ünsiyyətin qurula bilməsi bu haqda bilik və bacarıqları vaxtında əldə etməkdən asılı olduğunu bildirdilər. Düzgün ünsiyyətin qurulması düzgün fikir tərzinə əsaslanması vacibdir.P1080007 P1080011

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.