image (130)

Sumqayıt ayparaçıları Həmrəylik iməcliyində iştirak etdilər

 

10 may 2016-cı il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü münasibəti ilə «Azərikimya» İB-nin Etilen-polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinində həmrəylik iməciliyi keçirilmişdir.

Keçirilən iməcilikdə QAC Sumqayıt şəhər bölməsinin işçi və könüllü heyəti də iştirak etmişdir. Bundan başqa, həmrəylik iməcliyinə SOCAR-Polimer zavodunun, şəhər Bələdiyyəsinin, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin, Sumqayıt Dövlət Universitetinin, Sumqayıtın Tarixi Muzeyinin və “Sosial Quruculuq” İctimai Birliyinin nümayəndələri də qatılmışlar.

Mütəşəkkillik, həmrəylik və fəallıqla müşayiət olunan iməcilik zamanı Etilen-polietilen zavodunun bioremediasia üsulu ilə təmizlənmiş 4 hektarlıq ərazidə 600 ədəd müxtəlif növ ağac əkilmiş, həmçinin Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin əraziləri alaq otlarından təmizlənmiş, əvvəlki iməciliklərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş, dibləri bellənilmiş və ərazilərdə abadlıq işləri aparılmışdır.image (1) image (12) image (13) image (18) image (27) image (34)

????????????????????????????????????

????????????????????????????????????

image (139) image (145)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.