Dünyada 8 May humanizm, mərhəmət əsasında qurulan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkat günü kimi qeyd edilir. Bu gündə Hərəkatın bütün üzvləri və könüllüləri müxtəlif məkanda həyata keçirilən fəaliyyətlərə cəlb olunur. Həmin gün onlar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına dair maariflədirmə ilə yanaşı Milli Cəmiyyətlərin imkanları və insanlıq gücünü səfərbər edərək zavallı insanlara dəstək verir və qayğı göstərirlər. Bu fəaliyyətlərə yetim və xüsusi qayğıya olan uşaqlara psixo-sosial dəstək göstərilməsini aid etmək lazımdır. AzQAC-ti Hərəkatın 7 Prinsiplərinə sadiq qalar, ölkədə könüllülər vasitəsilə humanitar yönümlü fəaliyyətləri geniş şəkildə təşkil edir. Belə ki, may ayının 8-də AzQAC-in İcmaya əsaslanan sağlamlıq proqramı çərçivəsində könüllü Sevinc Ağa Xəlil qızının təşəbbüsü ilə bir qrup şagirdlərlə birgə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Uşaq Psixo-Nevroloji Mərkəzin xəstə uşaqlara baş çəkildi. Məqsəd xüsusi qayğıya dəstək olaraq, sağlam uşaqlarda öz ailələrinə dəyər, qiymət verməsi, humanistlik aşılanması, vətənpərvər ruhda böyüməsi idi.
Şagirdlər mərkəzdə olan uşaqlarla birgə oyunlar oynadılar, rəqs və mahnılar ifa edib əyləndilər.