Xeyriyyəçilik tarixi üzrə müasir nəşrlərdə şəfqət bacıları mövzusuna nadir hallarda rast gəlinir. Lakin Qızıl Xaç Hərəkatı və Hərəkatın üzvləri bu sosial hadisə ilə birbaşa bağlıdırlar. Onlar eyni prinsiplərə uyğun olaraq fəaliyyət göstərirlər.
Tarixdə tez-tez başverən, sonradan bütün dünya tərəfindən qəbul edilən və ümumxalq rəğbəti qazanan hər hansı bir işin başlanğıcı bir insan tərəfindən qoyulur. Elə şəfqət bacıları hərəkatının başlanğıcını ənənəvi olaraq, tibbdə şəfqət bacısı işinin əsasını qoymuş, ingilis zadəganı Florens Naytingeylın adı ilə bağlıdır. Dünyada ilk şəfqət bacısı xidmətlərinin yaradılması 1953 il Krım müharibəsi vaxta təsadüf edir. Müharibə şəraitində xəstəliklərin yayılmasında gigiyena və əsgərlərə qulluq etmə qaydaları kimi məsələlərinə önəm verən Florens Naytingeylın əsas xidməti Britaniya ordusunun tibbi xidmətlərində zəruri islahatların və tibb bacıları tərəfindən aparılan işin ciddi xidmətə çevrilməsi olub.
Florens Naytingeylın öz missiyasını insanlara xidmət və insanları xəstəliklərdən, ölümdən azad etməkdə görürdü və o, buna bütün həyatını həsr etmişdi. Tibb bacısı ixtisasına yiyələnmək məqsədi ilə müxtəlif kitablar yazmış, dərc etmişdir.
1912-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Liqası müharibə, münaqişə və dinc şəraitində tibb bacılarının göstərdiyi fədakar xidmətlərinə görə “Florence Nightingale” medalını təsis etmişdir. 1934-cü ildə tibb bacısı ixtisaslı kadrların hazırlanmasına dair və tibb bacıları hərəkatının inkişafına dəstək məqsədilə Florence Nightingale adına “Beynəlxalq Fond” təsis olunmuşdur. Bu Fondun qərarı ilə hər il “12 May – Ümumdünya Tibb Bacısı Günü” kimi qeyd edilir.
1912-ci ildən təsis edilən bugün 100 ildən artıqdır ki, dünyada qeyd edilir. İlk təltif olunma 1920-ci ildə baş tutmuşdur. Hər iki ildən bir Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən “12 May –Ümumdünya Tibb Bacısı Günü”-də fədakar xidmətlərinə görə 30 nəfərdən artıq tibb bacısı yüksək mükafat olan “Florence Nightingale” medalı ilə təltif edilir.
Azərbaycanda isə General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin banisi olmuşdur. Hal-hazırda AzQAC-in 11 nəfər tibb bacısı və 1-tibb qardaşı Beynəlxal Qızıl Xaç/Aypara Hərəkatında fəadkar fəaliyyətlərinə görə “Florence Nightingale” medalı ilə təltif olunmuşlar.
“12 May – Ümumdünya Tibb Bacısı Günü”nü ilə bağlı 12.05.2016 may tarixində Sabunçu Rayon Bölməsinin yüksək təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 5 saylı uşaq yoluxucu xəstəxanasında, tibb bacıları ilə görüş keçirildi. AzQAC “İcmaya əsaslanan sağlamlıq proqramı”ın rəhbəri Mətanət Qaraxanova tərəfindən görüş iştirakçılarına tibb bacısı günün yaranması, bu sahədə həyata keçirilən fəaliyyətlərdə iştirak edən şəxsiyətlər, AzQAC-in “Florence Nightingale” medalı ilə təltif olunanlar barədə və digər. məlumatlar geniş şəkildə təqdim edilmişdir.