Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi iş fəaliyyətində mühüm sənədlərdən biri olan “Strateji İnkişaf Planı”-nın (2016-2020) artıq hazırlanıb çapdan çıxması və Regional Mərkəz və rayon bölmələrində “Vahid hesabat sistemi”nə keçilməsi ilə əlaqədar olaraq 27.05.2016-cı il tarixində AzQAC-ın Baş Qərargahında görüş baş tutdu.
Görüş Əziz Qocayevin açılış nitqi ilə başladı. O, əvvəlcə bütün iclas iştirakçılarını salamladı və iclasın keçirilməsinin əsas məqsədi barədə qısa məlumat verdi. Daha sonra isə Ceyhun Mirzəyev yeni “Vahid hesabat sistemi” haqqında məlumat verdi.
Yaqut xanım öz növbəsində yeni hesabat blanklarını iclas iştirakçılarına slayd şəklində təqdim etdi və bu barədə geniş məlumat verdi. Üç hissədən: “müraciətlər; yardım alanlar və keçirilən tədbirlər” bölməsində ibarət olan hesabat blankları təqdim olundu və bununla bağlı iştirakçıları maraqlandıran bütün suallar əhatəli şəkildə cavablandırıldı.
Sonra isə görüş yeni Strateji İnkişaf Planının slayd şəklində təqdimatı ilə davam etdi. Səbinə xanım Strateji İnkişaf Planına daxil olan hər 5 məqsədi geniş şəkildə izah edərək, edilən dəyişiklikləri və əlavələri iştirakçıların nəzərinə çatdırdı.
Sonda hər bir rayon bölmə sədrinə yeni Strateji İnkişaf Planı(2016- 2020) təqdim olundu.