Həmişə olduğu kimi bu dəfə də Az.QAC-in Nizami rayon bölməsi uşaqlara sevinc bəxş etdi.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi Nizami rayon İcra Hakimiyyəti,Rayon Mədəniyyət Mərkəzi ilə birgə Nizami rayon 277 saylı məktəbin nəzdində yerləşən 73 saylı Ağdam şəhər məktəbində keçirilən tədbirdə iştirak edib.Tədbiri rayon İcra Hakimiyyətinin birinci müavini Gülnaz İsrafilova açaraq uşaqları təbrik edib.Rayon ərazisində keçirilən bütün tədbirlərdə yaxından fəal iştirak etdiyinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsinin sədri Rəna İbrahimovaya öz minnətdarlığını bildirib.Musiqiçilər və şən klounların iştirakı ilə davam edən tədbirdə rayon bölməsinin təlimatçısı Gülnarə Məmmədova öz növbəsində uşaqların sevincinə sevinc qatıb.Tədbirin sonunda Rəna xanım çıxış edərək uşaqları təbrik edib,onlara sevinc dolu günlər və can sağlığı arzu edib. Sonra Rəna İbrahimova tədbirdə iştirak edən 80 nəfər uşağa hədiyyələr təqdim edib.Məktəbin direktoru Gülşən xanım öz növbəsində çıxış edərək tədbirdə iştirak edən tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.