1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar 1 nömrəli psixiatriya xəstəxanasında hər il olduğu kimi müalicə alan uşaqlar üçün tədbir keçirilib. Tədbirdə AzQAC-in Sabunçu rayon bölməsinin könüllüləri və “Asudə vaxt” Mərkəzinin gənc iştirakçıları çıxış etdilər. İlk öncə Elmira Məlikova çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən öndə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. Könüllülərimizin nümayiş etdirdikləri rəqslər, səhnəciklər və mahnılar sağlamlıq imkanları məhdud olan uşaqlarda xoş əhval-ruhiyyə yaradıb.Tədbir rəngarəng konsert proqramı və əyləncəli oyunlarla başa çatıb.