IMG_5659

Qızıl Xaç və Qızıl Aypara Avropa Gənclərinin XXII Əməkdaşlıq Görüşü

26-30 may 2016-cı il tarixində  Monteneqronun Sutomore şəhərində Avropa Qızıl Xaç və Qızıl Aypara Milli Cəmiyyətlərinin iştirakı ilə Avropa Gənclərinin XXII Əməkdaşlıq Görüşü keçirilmişdir. Görüş Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq Federasiya) maliyyə dəstəyi ilə Monteneqro Qızıl Xaç Cəmiyyəti tərəfindən təşkil olunmuşdur.

Avropa Gənclərinin Əməkdaşlıq Görüşü hər 2 ildən bir keçirilir və görüşdə Avropa regionunda gənclərin üzləşdiyi problemlər və onları narahat edən mühüm məsələlər müzakirə edilir.

XXII Əməkdaşlıq Görüşünün əsas müzakirə mövzuları fövqəladə hallar və miqrasiya əməliyyatlarında fəaliyyət göstərən gənc könüllülərə sosio-psixoloji dəstəyin göstərilməsi, inteqrasiya fəaliyyətinin təkmilləşdirilməsində Gənclər Davranışın Dəyişilməsinin Agentlər (YABC) konsepsiyasından istifadə edilməsi, Milli Cəmiyyətlərdə Gənclərin Cəlb olunma Strategiyasının (YES) həyata keçirilməsi və könüllülük siyasətində yeniliklərə nail olunması idi. Açıq platforma şəkildə keçən sessiyalarda Milli Cəmiyyətlərin nümayəndələri qeyd olunan sahələr üzrə görülən işlərdən danışaraq, öz bilik və təcrübələrini bütün iştirakçılarla bölüşdülər. Qeyd etmək lazımdır ki, bütün sessiyalar Beynəlxalq Federasiyasının müvafiq mütəxəssisləri tərəfindən həyata keçirilirdi. Burada eyni zamanda Milli Cəmiyyətlərin gənclər sahəsində gördüyü işləri və əsas fəaliyyətlərini nümayiş etdirən Beynəlxalq Sərgi də təşkil olundu.

XXII Əməkdaşlıq Görüşü zamanı baş verən ən mühüm hadisə Avropa Gənclərinin Əməkdaşlıq Komitəsinin (EYCC) yeni üzvlərinin seçilməsi oldu. Qeyd edək ki, Avropa Gənclərinin Əməkdaşlıq Komitəsi yeddi üzvdən ibarət olur və onlar 2 illik mandata sahib olurlar. Görüş zamanı Komitənin 2 illik iş planı və fəaliyyət göstərəcəkləri əsas prioritet sahələr də müəyyən edildi. Belə ki, 2016-2018-ci illərdə Avropa Gənclərinin Əməkdaşlıq Komitəsi sub-regional şəbəkənin inkişafı, gənclərin miqrasiya əməliyyatlarında fəaliyyəti, Gənclərin Cəlbolunma Siyasətinin həyata keçirilməsi, gənclər siyasətində yeniliklərin edilməsi və gənclərin idarəetmədəki rolunun  artması kimi əsas prioritet sahələr üzrə fəaliyyət göstərəcəkdir.

Avropa Gənclərinin XXII Əməkdaşlıq Görüşündə Azərbaycan Qızıl Aypara Cəmiyyətini  Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ömərova Nailə təmsil edirdi.IMG_5451 IMG_5462 IMG_5465 IMG_5466 IMG_5668 IMG_5669

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.