Daima qayğıya ehtiyacı olan aztəminatlı ailələri sevindirən Nizami rayon bölməsinin əməkdaşları “Qurban”bayramında da ənənəsinə sadiq qaldı.Belə ki,müsəlman xalqının əziz bayram günündə 50 nəfər aztəminatlı ailəyə adının hallandırılmasını istəməyən xeyriyyəçi tərəfindən verilmiş ərzaq yardımı və “Qurban”əti paylayıb onları sevindirib.Yardım alan ailə üzvləri hər zaman onlara mənəvi dayaq olan AzQAC-nin Nizami rayon bölməsinin sədri Rəna xanıma,əməkdaşlarına və xeyriyyəçi insana öz dərin minnətdarlıqlarını bildirib,kəsilən qurbanlarının qəbul olunmasını diləyiblər.