24.10.2016-cı il tarixində Az.QAC Bakı RM III rübün hesabat iclası keçirildi.İclası Az.QAC Vitse-Preziədenti,Təşkilat İdarəsinin rəisi Əziz Qocayev açaraq Bakı RM-in son dövrdəki fəaliyyəti haqqında danışıb,işini qənaətbəxş hesab edib.Rayon bölmələrinin sədrlərinə öz fəaliyyətlərini koordinasiya edərək Baş İdarə ilə bölüşməsi üçün tapşırıq verdi.Bakı RM koordinatoru R.İbrahimova çıxış edərək III rüb ərzində görülən işlər,keçirilən tədbirlər haqqında danışıb iş və tədbirlər planına əsasən nəzərdə tutulan tədbirlər barəsində məlumatlandırıb,iclas iştirakçıları ilə müzakirə edib,müəyyən tapşırıqlar verib.Tədbirlər zamanı ərzaq və hədiyyələrin qablaşdırılması üçün alınmış Aypara Cəmiyyətinin emblemi əks olunmuş ərzaq bağlamaları rayon bölmələrinə paylanılıb. Sonra rayon bölmələrinin sədrlərinə söz verilib.Onlar da növbə ilə öz fəaliyyətləri,üzləşdikləri bəzi çətinliklər haqqında məlumat veriblər.Sonda Rəna İbrahimova iştirakçıların nəzərinə çatdırıb ki, Xətai RB sədri Talib Rəhimovun oktyabrın 20-də 60 yaşı yubileyi olması münasibətilə onu təbrik edib uzun ömür,can sağlığı,işlərində müvəffəqiyyətlər arzulayıb hədiyyə təqdim edib.